AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu sahədə çalışanların maaşı artdı

  • + A
  • - A
  • 18-08-2021, 19:20

    Bu sahədə çalışanların maaşı artdı

    Yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 724,4 manat təşkil edib.

    Dövlət Statistika Komitəsindən AzadMedia.az-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3 milyard 230,7 manat, qeyri-neft-qaz sektorunda 673,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 639,5 manat, özəl müəssisələrdə isə 827 manat olub.

    Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR