Bu dəfə “Səyyar qəbul otağı”mız Şamaxı rayonunun Səfalı kəndində təşkil olunacaq. Bu barədə "Azəriqaz" İB-dən Azadmedia.az-a daxil olan məlumatda deyilir. Bildirilir ki, adıçəkilən kənddən gələn müraciətlər aksiyamızın orada keçirilməsini şərtləndirdi. Vəziyyətlə yerində tanış olmaq, şikayət və təklifləri canlı olaraq vətəndaşın dilindən eşitmək situasiyanı daha doğru dəyərləndirmək imkanı verdiyindən mikrofonumuz açıq olacaq. Avqustun 20-si saat 10:00-dan 12:00-a qədər “Səyyar qəbul otağımız” ixtiyarınızdadır. Öz kəndinizdə bizim qonağımız olmağınız xoş olacaq!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.