“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.“Azəriqaz” İB-dən Azadmedia.az-a daxil olan məlumata görə
bu dəfə “Səyyar qəbul otağ”ı İsmayıllı rayonunun Enişdibi kəndində təşkil olunacaq. Avqustun 27-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərd olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər. Onların çəkinməməsi, ehtiyat etməməsi, tam rahat olması üçün bütün zəruri tədbirlər görülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.