AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İslam İnkişaf Bankının Direktorlar Şurasının Daşkənddə keçirilən 46-cı iclası başa çatıb

  • + A
  • - A
  • 5-09-2021, 09:41

    İslam İnkişaf Bankının Direktorlar Şurasının Daşkənddə keçirilən 46-cı iclası başa çatıb

    Daşkənddə İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurasının 46-cı illik iclası başa çatıb.
    Azadmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, dörd gün davam edən iclasda İİB-nin üzvü olan ölkələrin nazirləri, dövlət strukturlarının nümayəndələri, ekspertlər, bir sıra beynəlxalq təşkilatın təmsilçiləri iştirak ediblər. Ümumiyyətlə iclas çərçivəsində keçirilən tədbirlərə onlayn formatda 4500-dən çox iştirakçı qatılıb.
    Azərbaycanı bu nüfuzlu tədbirdə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev və digər dövlət qurumlarının əməkdaşları təmsil edib.
    İclasın açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İİB-nin prezidenti Məhəmməd Bin Süleyman Al-Casser çıxış ediblər.
    Tədbirdə COVID-19 pandemiyasından sonra İİB-nin üzvü olan ölkələrdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, bu ölkələrin iqtisadiyyatının və sabit inkişafının dəstəklənməsi, o cümlədən səhiyyə, elm, təhsil, texnologiyalar və innovasiyaların inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub.
    İclasda bildirilib ki, 2003-cü ildən İİB Özbəkistan iqtisadiyyatında həyata keçirilən 30 layihəyə 2,5 milyard dollar həcmində sərmayə qoyub.
    Vurğulanıb ki, Özbəkistanda islam dəyərlərinin qorunması istiqamətində böyük işlər görülür. Son illərdə ölkədə İmam Buxari adına Beynəlxalq Hədis Elmi Məktəbi, İslam Sivilizasiyası Mərkəzi və Beynəlxalq İslam Akademiyası yaradılıb.
    İclas çərçivəsində ikitərəfli görüşlər keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR