“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası uğurla davam edir. Vətəndaşların məmnunluğuna xidmət edən aksiyanın əhatə dairəsi günü-gündən genişlənir. "Səyyar qəbul otaqları"nın imkanlarından istifadə edən sakinlərin səsləndirdiyi fikirlər, problem və təkliflər Birlik rəhbərliyi tərəfindən dərhal dəyərləndirilir, müvafiq göstərişlər verilir. Bunun nəticəsidir ki, avqust ayının 4-dən bu günə qədər aksiya keçirilən 10 ünvanın hər birində işlər başlanıb. Bu dəfə Bərdə rayonunun Güloğlular kəndindən gələn müraciətlər “Açıq mikrofon”un təşkilini zəruri edib. 10 sentyabr saat 11:00-dan 13:00-a qədər "Səyyar qəbul otağı" sakinlərin ixtiyarında olacaq. Vətəndaşların tam sərbəst şəkildə öz problemlərini səsləndirməsi üçün bütün şərait yaradılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.