AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən il dövlət borcu 97,3 faizə qədər yüksəlib – Maliyyə Nazirliyi

  • + A
  • - A
  • 11-09-2021, 21:00


    Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində dünya ölkələri tərəfindən böyük həcmdə maliyyə resursları istifadə edilib.

    Bu barədə Maliyyə Nazirliyinin “2022-2025-ci illər üçün makrofiksal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair” açıqlamasında əks olunub.

    Gəlirlərin azalması fonunda xərclərin getdikcə artması ölkələr üzrə büdcə kəsiri və dövlət borclarının artmasını şərtləndirib.

    Ümumilikdə, dünya üzrə fiskal kəsir 2020-ci ildə qlobal ÜDM-in 3,6 faizindən 10,8 faizinədək, dövlət borcu isə 83,7 faizindən 97,3 faizinədək yüksəlib.

    BVF-nin proqnozlarına əsasən, dünya üzrə məcmu fiskal balansın qlobal ÜDM-ə nisbətinin 2021-ci ildə 9,2 faizədək azalacağı proqnozlaşdırır.

    Fond həmçinin dünya üzrə məcmu dövlət borcunun qlobal ÜDM-ə nisbətinin 2020-ci ildəki səviyyədən bir qədər artaraq cari ilin sonuna 99,0 faizə bərabər olacağını proqnozlaşdırır.

    Qeyd edək ki, qlobal iqtisadiyyatda gedən neqativ meyillərin fonunda yeni çağırışlar və imkanlar nəzərə alınmaqla, Azərbaycanda dövlət borcu vəkəsirin dayanıqlığı təmin edilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR