Hazırda dünyada ərzaq məhsulları 27% bahalaşaraq son illərin rekord həddinə çatıb.
Bu barədə məlumatı Rusiyanın analitik informasiya agentliyi “İNFOLine” yayıb.
Məlumata görə, qiymət artımı təkcə meyvə-tərəvəz, süd məhsullarında yox, həm də gübrə və yem qiymətlərində hiss olunur. Bahalaşmanın daha çox kartofda təqribən 1, 77% olduğu müşahidə edilib.
Agentlik, eyni zamanda alıcılıq qabiliyyətinin sərhədsiz olduğunu, bunun isə öz növbəsində müəyyən səviyyədən sonra stabilləşməyə gətirib çıxaracağını da vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.