AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Lukoil" "Şahdəniz"də payını artırır

  • + A
  • - A
  • 7-10-2021, 20:40

    "Lukoil" "Şahdəniz"də payını artırır

    Rusiyanın "Lukoil" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payını artırır.

    AzadMedia.az "Lukoil"a istinadən xəbər verir ki, "Lukoil" "Petronas" şirkətindən "Şahdəniz"də 15,5% payının alınması haqqında müqavilənin imzalanması barədə elan edib.

    Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edəcək.

    Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR