“Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası istehlakçıların tərəvəz məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini üzərinə götürən Şəmkir rayonunda təşkil olunub. Azadmedia.az xəbər verir ki, "Azəriqaz" İB-nin, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri rayonun Əliyaqublu kəndində baş tutan aksiyada tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə görüş keçiriblər. Görüşdə 50-dək sahibkarın problemi dinlənilib. Çıxış edən sahibkarlar ötən illər ərzində istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını Birliyin rəhbər şəxslərindən xahiş ediblər. Baş direktorun satış üzrə müavini Rəşad Cavadov ünvanlanan hər bir təklif və müraciətin Birliyin rəhbərinə çatdırılacağını və araşdırılaraq müvafiq qərarların veriləcəyini bildirib.
Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca ümumilikdə 19-cu, sahibkarlarla isə 4-cü görüşdür. "Azəriqaz" İstehsalat Birliyi istər sahibkarların, istərsə də vətəndaşların müraciətlərinə hər zaman xüsusi diqqət ayırır. Bundan sonra da "Açıq mikrofon" aksiyası davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.