AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İB İLƏ REAL TV-NİN YENİ LAYİHƏSİ REALLAŞACAQ

  • + A
  • - A
  • 18-10-2021, 15:14


    “Azəriqaz” İB vətəndaşların müraciət və təkliflərinin vaxtında ünvanına çatması üçün müxtəlif layihələr həyata keçirir. Canlı yayımlar, eləcə də “Açıq mikrofon” kimi aksiyalar vətəndaşın rahat və sərbəst şəkildə problemlərini səsləndirməsinə hesablanmış addımlardır. Təcrübə göstərir ki, bu cür aksiyalar Birliyin rəhbərliyi ilə vətəndaşlar arasındakı ünsiyyəti daha da səmərəli edir, səmimi ortam yaradır. “Azəriqaz” İB-nin əsas məqsədi məmur əlçatanlığına maksimum nail olmaqdır. “Hər bir məmur xalqın xidmətçisidir” ifadəsi praktik olaraq dəstəklənir və bütün addımlar bu istiqamətə hesablanır. Vətəndaşlarla əlaqənin daha da intensivləşməsi üçün Birlik Real TV ilə yeni layihəyə start verəcək. “Vətəndaşın QAZ anı” adı ilə ərsəyə gələcək verliş hər həftənin bazarertəsi, saat 14:30-da efirdə olacaq. Birliyin səlahiyyətli şəxslərinin iştirakı ilə baş tutacaq proqramda vətəndaşların sualları cavablandırılacaq, problem və təklifləri dinləniləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR