AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AZƏRİQAZ" İB-DƏ MÜHÜM GÖRÜŞ

  • + A
  • - A
  • 27-10-2021, 20:16


    Bu gün “Azəriqaz” İstehsalat Birliyində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə görüş keçirilib. Görüşdə Birliyin baş direktoru Ruslan Əliyev, SOCAR TTSİ-nin rəisi Fuad Süleymanov və hər iki idarənin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. İki müəssisə arasında əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Bildirilib ki, Birlik tərəfindən 2020-ci il ərzində təlimlərə 468 nəfər cəlb olunmuşdursa, cari ildə bu rəqəm 3,5 dəfə artırılaraq 1637 nəfərə çatdırılıb. 2022-ci ildə isə sözügedən rəqəmin 2330 nəfərədək artırılması planlaşdırılır.
    Xatırladaq ki, SOCAR TTSİ "Azəriqaz" İstehsalat Birliyinin təlim ehtiyaclarını ödəyən əsas podratçı hesab edilir.
    Görüş zamanı həmçinin iki müəssisə arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində Birliyin Müştəri xidməti və 104 Operativ xidmət şöbəsində çalışan və təlimi müvəffəqiyyətlə keçmiş işçilərə müəssisə rəhbərləri tərəfindən sertifikatlar təqdim edilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR