8 noyabr Zəfər Günü ilə bağlı “Azərenerji” ASC-nin Bakıda və rayonlarda yerləşən müəssisələrində təntənəli bayram tədbirləri keçirilib. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən Müharibəsində göstərdiyi şücayəti özündə əks etdirən tədbirlərdə hazırda “Azərenerji”də işləyən və digər qazilər, o cümlədən şəhidlərin ailə üzvlərinin iştirakıyla ağacəkmə aksiyası baş tutub. Sonra rəsm sərgisi, şəhidlər baralefi ilə tanışlıq, yekunda pandemiya qaydalarına uyğun olaraq akt zalında bayram tədbiri keçirilib.
Şəhid ailələri, qazilər də daxil olmaqla iştirakçıların çıxışları olub və yekunda Vətən Müharibəsində, o cümlədən müharibədən sonra Qarağabağ və Şərqi Zəngəzurda energetika infrastrukturunun yaradılmasında iştirak edən energetiklər mükafatlandırılıb.