Noyabr ayının 20-21-də Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.
Təmir-tikinti işləri körpünün “Qələbə dairəsi” istiqaməti üzrə hərəkət hissəsində aparılıb.
Sürücülərimiz artıq yol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.