AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib

  • + A
  • - A
  • 29-11-2021, 16:16


    Ölkədə peşəkar fermer təsərrüfatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə dayanıqlı inkişafının təmin edilməsi məqsədilə özündə beynəlxalq tələbləri ehtiva edən AZS 903:2021 (AZS IWA 29:2019) “Peşəkar Fermer Təşkilatı–Qaydalar” adlı yeni dövlət standartı qəbul edilib.
    ABŞ İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən işlənib hazırlanan standartın layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
    Qeyd edək ki, dövlət standartı istehsal olunan məhsul və ya becərilən bitki növündən asılı olmayaraq bütün növ fermer təşkilatları tərəfindən istifadə üçün nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR