“Dövlət rüsumlarının artırılması və ya azaldılması Dövlət Gömrük Komitəsinin səlahiyyətində deyil”.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
“Hökumət tərəfindən vacib qərarlar qəbul olunur, müvafiq orqanlar da bu qərarları icra edir. Hazırda tədbiq olunan rüsumlar bir neçə il bundan əvvəl qüvvəyə minmiş qaydalara əsasən qəbul edilib.
Hazırda rüsumlarda hər hansı bir artım nəzərdə tutulmayıb. Gələn il hibrid və elektrik nəqliyyat vasitələrinin ƏDV-dən azad olunması ilə bağlı müvafiq tədbirlər görülüb.
Yaxın günlərdə bu mövzu ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə Səfər Mehdiyev bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.