"Azərististiliktəchizat” ASC-nin "Azəriqaz”a olan 34 milyon manatdan artıq borcunu Azərbaycan hökuməti öz üzərinə götürüb.
Bunu açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
O, Azadmedia.az-ın sorğusuna cavab olaraq qeyd edib ki, noyabrın 14-də "Azəriqaz” və "Azəristiliktəchizat”ın rəhbərliyi arasında danışıqlar olub. Bir gün sonra, yəni noyabrın 15-də qış rejiminə keçid olacaqdı. Bu baxımdan vətəndaşların evlərinə istiliyin verilməsi zərurəti yaranmışdı. Danışıqların nəticəsi olaraq, "Azəriqaz” bu quruma yaranmış borcun ödənilməsi üçün bir həftəlik möhlət verdi. Burada söhbət 34 milyon manatdan çox vəsaitdən gedirdi. Amma "Azəristiliktəchizat” bu vəsaitin 14 milyon manatını mübahisəli predmet kimi qiymətləndirirdi və 20 milyon manatın üzərində olan məbləğdən danışırdı. Buna baxmayaraq, "Azəriqaz” quruma bir həftə möhlət verdi.
E. Vəliyev bidlirib ki, qarşı tərəfin xahişi ilə qərara alındı ki, bu möhlət dekabrın 15-nə qədər uzadılsın. Bu gün artıq bu möhlət tamam olur. Təbii ki, bu gün hər kəsi bu möhlətin bitdiyi üçün vətəndaşın aqibəti necə olacağı düşündürür. Hər kəsi qazanxanalara veriləcək mavi yanacağın dayandırılacağı və ya uzadılacağı maraqlandırır: "Məsələdən hökumət xəbərdar idi. Hökumət məsələnin ciddiliyini nəzərə alaraq, "Azəristiliktəchizat” ASC-yə 12 milyon manat vəsait ayırdı. Təbii ki, bu "Azəristiliktəchizat”ın "Azəriqaz”a olan borcunun müəyyən hissəsidir və tam hissə deyil. Hökumət vətəndaşları nəzərə alaraq borcun digər hissəsini də öz üzərinə götürür. Hazırda "Azəristiliktəchizat”ın "Azəriqaz”a ödəniləcək 12 milyon manatın sənədləşmə prossesi həyata keçirilir. Qurumun "Azəıriqaz”a olan borcunun qalan hissəsi də hökumətin üzərinə düşəcək.
E. Vəliyev son olaraq deyib ki, bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.