Ukrayna Milli Bankı (MBU) qrivnanın dollara nisbətdə rəsmi məzənnəsini son 7 ilin ən yüksək səviyyəsinə qaldırıb.
Azadmedia.az NBU-nun saytına istinadən xəbər verir ki, bu, bir dollar üçün 28 qrivna 98 qəpik təşkil edib.
Cümə axşamı Ukraynanın banklararası valyuta bazarında dolların məzənnəsi bir dollar üçün 29 qrivnadan çox təşkil edib ki, bu da 2015-ci ilin fevral ayının sonundan bəri ən yüksək səviyyədir. Dollar 20 qəpik bahalaşıb, ticarət bir neçə saat ərzində 29 qrivnadan yuxarı olub. Bazarda tələbiəin təklifi üstələdiyi üçün Milli Bank seçmə qaydada ən bahalı təklifləri bağladığını bildirib.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.