AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ ŞƏKİDƏ KEÇİRİLƏCƏK

  • + A
  • - A
  • 31-01-2022, 20:35

    SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ ŞƏKİDƏ KEÇİRİLƏCƏK

    “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Şəki şəhərində təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Şəki şəhəri, Sabit Rəhman küçəsi 9 (M.F.Axundov adına mədəniyyət və istirahət parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” fevralın 2-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR