Bakı metropoliteni daha 4 qatar tərkibi alıb.
Bu barədə
Azadmedia.az-a Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, artıq yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətinə sifariş verilib.
"Artıq qatarların istehsalına başlanılıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon Bakıya gətirilərək xəttə buraxılacaq. Bununla da metropliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq. Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir. Bu da o deməkdir ki, yay aylarından etibarən artıq Bakı metropoliteninin stansiyalarında hərəkət edən qatarların 50 faizi yeni qatarlar olacaq",-deyə qurum rəsmisi bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.