Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.
2021-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 924 yol nişanları, 6 927 siqnal dirəkləri, 2352 pm əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 2476,9 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir.
Azadmedia.az-ın məlumatına görə, bu barədə Agentlik sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, 2021-ci il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 618 yol-nəqliyyat hadisəsi baş vermişdir. Bunun nəticəsində 7 803 pm əyrixətli tirlər, 118 pm beton bardür, 129,4 m2 tamet bəzək daşı103 m2 asfalt-beton örtük, 208 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 25 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 3 ədəd sərnişin dayanacağı, 18 ədəd səsboğucu lövhə, 1 ədəd hidravlik baryer və mühərriki, 164 m2 alkapon üzlük və 32,5 pm körpü məhəccəri yararsız hala düşmüşdür.
Ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddi ziyan dəymiş, bundan 524,8 min manatı (72,3 %) ödənilmişdir. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, səbəkarları məlum olan və sığortaları olan yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunmuş, 69 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.