AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 116.6 milyon manatdan çox müddətli əlavə və mükafat ödənilib

  • + A
  • - A
  • 24-02-2022, 17:06

    Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 116.6 milyon manatdan çox müddətli əlavə və mükafat ödənilib

    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci il üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 102.4 milyon manata yaxın, qeyri-tibb işçilərinə isə 14.2 milyon manatdan çox müddətli əlavə ödənilib.
    Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən il ərzində iş vaxtına/saatına mütənasib olaraq 50 936.79 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
    Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə 59 750.00 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
    Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə ötən il üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

    Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən noyabr və dekabr ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
    Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2022-ci il tarixli 50 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il martın 1-dək uzadılıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR