AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İdarə Heyətinin sədri Kəlbəcərdə icra edilən yol layihələrində işlərin gedişatı ilə maraqlanıb

  • + A
  • - A
  • 2-03-2022, 15:03

    İdarə Heyətinin sədri Kəlbəcərdə icra edilən yol layihələrində işlərin gedişatı ilə maraqlanıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda icra edilən yol infrastrukturu layihələrində işlərin gedişatı ilə maraqlanıb.

    Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov öncə Toğanalı-Kəlbəcər avtomobil yolunun, həmçinin bu layihə çərçivəsində inşa edilən və dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

    Daha sonra, Saleh Məmmədov Kəlbəcər-Laçın avtomobil yolu və yol üzərində inşa edilən avtomobil tunellərinin tikintisi, həmçinin sözügedən yollar da daxil olmaqla digər mühüm əhəmiyyətə malik yolların qardan və buzdan təmizlənməsi prosesi ilə maraqlanıb, Kəlbəcər rayonunda çalışan yol işçilərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR