Məlum olduğu kimi, təbii qaz istifadəçilərinin obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işlərini lisenziyası olan podratçı və ya qaz paylayıcısı tərəfindən həyata keçirilir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırmaları zamanı müəyyən olunub ki, istehlakçılar tikinti-quraşdırma işlərinin aparılması üçün podratçı təşkilatların tapılmasında və onlara dair məlumatların əldə edilməsində çətinliklərlə üzləşirlər. Belə ki, təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində lisenziya alan xeyli sayda təşkilatlar mövcud olsa da, məlumat çatışmazlığı ilə əlaqədar istehlakçıların onlara çıxış imkanları məhduddur. Bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə qeyd edilən sahədə lisenziya alan təşkilatlar barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Cədvələ keçid:
https://bit.ly/3C8DPiG Məlumatlar mütəmadi olaraq yenilənəcəkdir.
Cədvəldə qeyd olunmayan təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində lisenziyası olan təşkilatlar siyahıya əlavə edilməsi ilə əlaqədar Dövlət Xidmətinə müraciət edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.