AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÖTƏN İL QAZ SƏRFİYYATININ ÇOX OLMASI İLƏ BAĞLI BİRLİYƏ 100-DƏN ÇOX ŞİKAYƏT DAXİL OLUB

  • + A
  • - A
  • 18-03-2022, 21:21

    ÖTƏN İL QAZ SƏRFİYYATININ ÇOX OLMASI İLƏ BAĞLI BİRLİYƏ 100-DƏN ÇOX ŞİKAYƏT DAXİL OLUB

    "Ötən il 100-dən çox vətəndaş qazın sərfiyyatının çox olması şikayəti ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin Metrologiya Departamentinə müraciət edib".Bu sözləri “Azəriqaz” İB-nin növbəti “Açıq qapı” aksiyası zamanı Birliyin Metrologiya Departamentinin rəhbəri Zehin Rəsulov deyib. Departament rəisi bildirib ki, vətəndaşların və Departamentin nümayəndələrinin iştirakı ilə sayğaclar yoxlanılıb. "Hər birində qazın sərfiyyatı qaydaları çərçivəsində olub"- deyə, o qeyd edib. Jurnalistin nə üçün əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların sonradan ödənişli (mexaniki) sayğaclarla əvəzlənməsi ilə bağlı sualını Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov cavablandırıb. Şöbə rəisi bildirib ki, qaz sayğaclarının 5 ili tamam olduqda sayğaclar mütləq qaydada çıxarılaraq dövlət yoxlamasına təqdim olunmalıdır. “Ölçmə vasitəsi olaraq qaz sayğacları müəyyən müddət işləndikdən sonra sözsüz ki, norma daxilində olan xətalar yaranır. Sözü gedən norma daxilində olan bu xətalar artıq müəyyən uyğunsuzluqlar yaradır. Bizim də məqsədimiz balans mənsubiyyəti tərəfindən quraşdırılan ölçmə vasitəsini, yəni qaz sayğacının işlək və saz vəziyyətdə saxlanmasını təmin etməkdir”- deyə, şöbə rəisi qeyd edib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev şəffaflığın qorunması, vətəndaşları narahat edən məsələlərə yerindəcə aydınlıq gətirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şöbə rəisi bildirib ki, bu gün Birlikdə baş tutacaq aksiya ilə vətəndaşların sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatı guya çox yazması ilə bağlı şikayətlərinə, iddialarına aydınlıq gətiriləcək. Şöbə rəisinin sözlərinə görə: “Media və ictimaiyyət nümayəndələri, “Azəriqaz” İB yanında yaradılan İctimai Şura üzvləri, ekspertlər, “Azəriqaz” İB-nin rəhbər heyəti, QHT nümayəndələri və ən əsası abonentlərin iştirakı ilə onların sayğacları yoxlamadan keçiriləcək, hər hansısa qüsurun olub-olmaması aydınlaşdırılacaq”.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR