AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan buğda ehtiyatını artırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ – İdxal artımının 3 əsas səbəbi

  • + A
  • - A
  • 30-03-2022, 08:36

    Azərbaycan buğda ehtiyatını artırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ – İdxal artımının 3 əsas səbəbi


    “Daxili istehsalın azalması və dünyada gedən siyasi böhran səbəbindən hökumət ehtiyat buğda toplamaq üçün idxalı bu qədər artırıb”. Bunu Bizim.Media-ya açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Azərbaycanın buğda idxalını cari ilin yanvarında ötən ilin anoloji dövrü ilə müqayisədə 4,2 dəfə artırmasının səbəblərindən danışarkən deyib:

    “Azərbaycanda ərzaq buğdası istehsalı ilbəil aşağı düşür. Bu da məhsuldarlığın aşağı düşməsilə bağlıdır. Ölkəmiz buğdaya olan ehtiyacı təmin edə bilmədiyindən onu idxal edir. Bu ilin yanvarında əvvəlki ilin anoloji dövrü ilə müqayisədə buğda idxalının artımı da məhz bu amillərlə bağlıdır. Son məlumata görə 2022-ci ilin yanvar-fevral aylarında isə buğda idxalı fiziki çəkidə 6,7 dəfə, dəyər ifadəsində isə 9,2 dəfə artıb”.

    Digər tərəfdən, həmsöhbətimizin fikirlərinə görə, ehtiyat buğda toplamaq istəyi hökuməti idxalı bu qədər artırmağa vadar edib:

    “Görünür indiki vəziyyətdə Azərbaycan hökuməti ehtiyat buğda toplamaq üçün idxalı bu qədər artırıb. Dünyada cərəyan edən ağır şəraitdə bu il buğda istehsalının azalacağı güman edilir. Ukrayna özünün çətin durumunda əvvəlki tək buğda istehsal etməkdə çətinlik çəkəcək.

    Rusiya isə istehsal etdiyi buğdanı sanksiyalar fonunda əsasən daxildə realizə etməyə yönəldə bilər. Yaranmış vəziyyətdə buğdanın qiyməti qalxır ki, bu halın növbəti mərhələdə yenidən təkrarlanacağı da istisna deyil”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR