ABŞ-ın "Tesla" şirkəti Çin bazarında 127 mindən çox avtomobili geri çağırır.
Geri çağırılma 2019-cu ilin yanvarından 2022-ci ilin yanvarınadək istehsal olunmuş "Model 3" elektromobillərinə şamil olunur.
Qeyd olunur ki, həmin avtomobillərdə elektrik yarımıkeçirici güc dəyişdiricilərinin quraşdırılması ilə bağlı problrmlər aşkar edilib.
Bu qüsur avtomobilin istifadəsi zamanı cərəyan axınının stabil nəzarət olunmasında problemlərə yol aça bilər
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.