“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 8 aprel saat 11:00-da başlayacaq. Qurumdan
Azadmedia.az-a verilən məlumata görə aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Cari ilin mart ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.