AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elektron xidmətlərlə bağlı 173 min müraciət qeydə alınaraq icraya yönləndirilib

  • + A
  • - A
  • 15-04-2022, 07:50

    Elektron xidmətlərlə bağlı 173 min müraciət qeydə alınaraq icraya yönləndirilib

    2022-ci ilin yanvar-mart aylarında vətəndaşlar tərəfindən müxtəlif elektron xidmətlərlə bağlı 173 min müraciət qeydə alınaraq icraya yönləndirilib. Ən çox müraciət “Su borcunun internet vasitəsilə öyrənilməsi”, "Elektron müraciət" və "Elektron faktura" xidmələri üzrə qeydə alınıb.
    Ümumilikdə xidmətlər istifadəyə veriləndən indiyədək vətəndaşlar tərəfindən 1 milyon 847 min müraciət edilib.
    Vətəndaşlar www.e-gov.az Elektron Hökumət Portalı və www.azersu.az saytı vasitəsilə xidmətlərdən yararlana bilərlər. Elektron xidmətlər vətəndaşların və xidmət təşkilatlarının işini sadələşdirir və asanlaşdırır. Vətəndaşlar bu xidmətlərdən istifadə etməklə əlavə vaxt itkisi və nəqliyyat xərcləri ilə qarşılaşmırlar.
    Hazırda “Azərsu” ASC tərəfindən 19 adda elektron xidmət göstərilir:
    1. Su borcunun internet vasitəsilə öyrənilməsi
    2. Su borcunun internet vasitəsilə ödənilməsi
    3. Abonent məlumatlarının dəyişdirilməsi
    4. İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması
    5. “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair abonentə aid məlumatların verilməsi
    6. “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”ndən istifadəyə görə borcun olmaması haqqında arayış
    7. “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti”
    8. "Su sayğaclarının plombunun dəyişdirilməsi müraciəti"
    9. "Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət"
    10. "Elektron müraciət"
    11. "Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi" elektron xidməti
    12. "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması"
    13. "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması"
    14. “Su nümunələrinin yoxlanılmasına dair müraciət”
    15. "Borcun araşdırılması üzrə müraciət"
    16. "Su sayğaclarının quraşdırılması müraciəti"
    17. "Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti"
    18. "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi"
    19. "Elektron faktura"



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR