AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin iştirakçıları üçün təlimlər keçirilir

  • + A
  • - A
  • 29-04-2022, 14:59

    “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin  iştirakçıları üçün təlimlər keçirilir

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin iştirakçıları üçün təlimlər keçirilir.

    Layihənin icra olunduğu Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarından seçilmiş şəxslərə turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün biznes planın yazılması, biznesin hüquqi əsasları, kənd turizmi və brendinq, kənd turizmində sosial medianın rolu, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti kimi mövzularda təlimlər keçirilir. Təlimlərlə yanaşı, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir-bərpa işləri də yekunlaşmaq üzrədir. Növbəti mərhələdə sahibkarlıq obyektləri lazımi avadanlıqlarla təchiz ediləcək. Nəticədə kənd turizmi sahəsində 50 yeni sahibkarlıq obyekti təsis olunacaq.

    Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri yerli sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR