AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada işləyib, Azərbaycanda pensiya almaq üçün...

  • + A
  • - A
  • 1-05-2022, 17:40

    Rusiyada işləyib, Azərbaycanda pensiya almaq üçün...

    Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” olduqca mühümdür. Bu saziş Rusiyada işləyən azərbaycanlıların müəyyən müddətdən sonra Azərbaycana qayıdarkən pensiya yaşına çatanda pensiya almasına şərait yaradır.

    Azadmedia.az xəbər verir ki, iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bu sazişin Rusiyada yaşayan həmyerlilərimizin orada qazandığı sığorta stajının da tanınmasına şərait yaradacağını bildirib. Məsələn, Rusiyada yaşayan həmyerlimiz həmin ölkədə çalışaraq sığorta ödənişi həyata keçirib və 25 illik sığorta stajı var. Daha sonra o, Azərbaycana dönməklə bağlı qərar verir. Bu zaman o, Azərbaycanda pensiya yaşı tamam olanda Rusiyada qazadığı staj ilə pensiyaya çıxmaq hüququ əldə edəcək. Yəni, onun Rusiyada ödədiyi sığorta ödənişləri və qazandığı staj Azərbaycanda pensiyaya çıxmaq üçün yetərli olacaq.

    “Yaxud, Rusiyada qısa müddət, 5 il çalışıb daha sonra ölkəyə qayıdıb Azərbaycanda işləyən həmyerlimizin də pensiyaya çıxan zaman şimal qonşumuzda qazandığı sığorta stajı ümumi stajına əlavə olunacaq”, - millət vəkili bildirib.

    Ancaq bundan ötrü Rusiyada yaşayan və əmək miqrantları kimi çalışan vətəndaşlarımızın ölkəmizə geri dönən zaman orada işlədiklərini təsdiq edən sənədləri də özləri ilə gətirmələri tələb olunur.

    Digər ən mühüm məqam bu müqavilədən bəhrələnmək istəyən azərbaycanlıların Rusiyada çalışdığı müddətdə əmək miqrantı kimi qeydiyyata düşməsi və qanuni çalışmasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR