Son günlər sosial şəbəkələrdə abonentlərə bildirişlərin vaxtında verilməməsi kimi paylaşımlara rast gəlinir. Həmçinin abonentlərə "ASAN Kommunal" mərkəzlərinə yaxınlaşaraq sərfiyyatları haqqında məlumat ala bilmələri haqqında paylaşımlar olunur. Nəzərinizə çatdıraq ki, cari ilin aprel ayından Birlik tərəfindən bir yeniliyə start verilib. Sonradan ödənişli (mexaniki tipli) sayğac və əvvəldən ödənişli (smart-kart tipli) sayğac istifadə edən abonentlər onlara lazım olan bir sıra mühüm məlumatları Birliyin 104/185 Çağrı mərkəzinə zəng etmədən, özləri də artıq əldə edə bilirlər. Bunun üçün www.azeriqaz.az saytına daxil olaraq borcunu/limitini öyrən pəncərəsinə keçid etmək lazımdır. Abunəçi kodu və ya sayğac nömrəsini qeyd edərək borcunu öyrən düyməsinə klik edilir. Abonent bu səhifəyə daxil olduqdan sonra son ödəniş tarixi, son ödəniş məbləği, Tarif (qiymət) Şurasının təbii qazdan istifadə tarifləri haqqında məlumatı, cari il ərzində abonentin təbii qazdan hansı limit tarifində istifadə etdiyi, növbəti limit mərhələsinə keçid edəcəyinə dair və bir sıra bütün lazımi məlumatlarla yaxından tanış ola bilər. Daha ətraflı video materialdan izləyə bilərsiz: