AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Gürcüstan gömrük xidməti nümayəndə heyətləri görüşüblər

  • + A
  • - A
  • 15-05-2022, 01:18

    Azərbaycan və Gürcüstan gömrük xidməti nümayəndə heyətləri görüşüblər

    Gürcüstanda səfərdə olan Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti gürcüstanlı həmkarları ilə görüş keçiriblər. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və Komitənin aidiyyəti strukturlarının əməkdaşları, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava, qurumun rəis müavini Vladimir Xundadze və həmin nazirliyin Gömrük departamentinin rəhbəri Zurab Siçinava iştirak ediblər.
    Görüşdən əvvəl nümayəndə heyətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gürcüstanın paytaxtı Tiflis şəhərində ucaldılan abidəsini ziyarət edərək abidənin qarşısına gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
    Görüşdə Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə arasındakı gömrük-keçid məntəqələrində mövcud vəziyyət, yük nəqliyyat vasitələrinin sıxlıqları və onların aradan qaldırılması üçün dəmiryolu vasitəsilə yükdaşımaların artırılması imkanları müzakirə olunub.
    Bildirilib ki, sıxlıqların yaranmasına səbəb son aylarda Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə tranzit qaydada hərəkət edən yük nəqliyyat vasitələrinin sayının sürətlə və dəyişkən qrafik əsasında artmasıdır. Tərəflər “Qırmızı Körpü” və “Mazımçay” gömrük-keçid məntəqələrindən keçən nəqliyyat vasitələrinin sayının artırılmasının, bu məqsədlə sərhədkeçmə prosedurlarının səmərəliliyinin yüksəldilməsinin vacibliyini vurğulayıb, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində mütəmadi görüşlərin təşkilini qərara alıblar.
    Nümayəndə heyətləri iki ölkənin sərhədində yerləşən “Sadıxlı” və “Qırmızı Körpü” gömrük postlarında mövcud vəziyyətlə də tanış olublar, nəqliyyat vasitələrinin keçidi­nin intensivliyinin artırılması istiqamətində operativ tədbirlərin görülməsinin vacib­liyini vurğulayıblar. Eyni zamanda, tərəflər iki ölkə arasındakı mövcud sazişə əsasən in­şası nəzərdə tutulan və birgə gömrük nəzarətinin təşkil olunacağı “İpək yolu” “Ab­reşumis Qza” gömrük postunun yerləşdiyi əraziyə baxış keçirib, layihələndirmə işləri ilə yaxından tanış olub, bu istiqamətdə gömrük orqanları və sərhəd xidmətləri ara­sında birgə fəaliyyətin təşkili, iş planının hazırlanması ilə bağlı müzakirələr aparıblar.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR