AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi davam etdirilir VİDEO/FOTO

  • + A
  • - A
  • 19-05-2022, 12:09

    H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi davam etdirilir VİDEO/FOTO

    Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişin daşımanın rahatlaşması ilə bərabər kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yollarını əhatə edir.

    Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi də bu cür layihələrdən sayılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri sürətlə davam etdirilir.

    H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilir.

    Görülən işlər çərçivəsində marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyün alt layının döşənməsi işləri yekunlaşıb, yolun 7-13 km hissələrində yolayrıcı betonlar qoyulub.

    Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası, yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri də artıq bitib.




    Hazırda geriyə dönmə hissələrin işlənməsi, nəzərdə tutulan 2 yerdə bordürların qoyulması, 2-4.6-cı km-lik hissədə yolun oxunun profilə salınması işləri aparılır. Paralel olaraq yeni asfalt-beton örtüyünün digər laylarının döşənməsi işləri də icra olunur.

    Sadalanan işlərlə yanaşı H.Z. Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidinin inşası da davam etdirilir. Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yerüstü piyada keçidi yolun 3.8-ci km-də inşa edilir. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.

    Yolun 4.6 və 8.7-cı km-lik hisələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.

    Görülən işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə Agentliyin rəhbərliyinin nəzarəti altında aparılır. Layihənin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR