AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan turizm şirkətləri Ər-Riyadda keçirilən turizm sərgisində iştirak edir

  • + A
  • - A
  • 23-05-2022, 12:03

    Azərbaycan turizm şirkətləri Ər-Riyadda keçirilən turizm sərgisində iştirak edir

    22-24 may tarixlərində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə iştirak edir.

    Nümayəndə heyətinin tərkibində Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” QSC ilə yanaşı, 12 yerli turizm şirkəti təmsil olunur.

    Sərgi çərçivəsində Səudiyyə Ərəbistanının ən iri şəhərləri olan Ər-Riyad, Dammam və Ciddədən Bakıya birbaşa uçuşlar icra edən “Flynas” və “Flyadeal” hava yolu şirkətləri daxil olmaqla, xarici turizm şirkətləri ilə B2B görüşlər keçirilir, Azərbaycanın, o cümlədən işğaldan azad olunan torpaqların turizm potensialı haqqında məlumat verilir.

    Sərginin ilk günü Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev Azərbaycan stendini ziyarət edib və təbliğat materialları ilə tanış olub.

    Sərgidə təşkilatçılar tərəfindən Azərbaycan stendinə “Brilliant tərəfdaş” mükafatı təqdim olunub.

    Hər il keçirilən sərgi Yaxın Şərq regionu və Körfəz ölkələri üzrə turizm sənayesi nümayəndələrini bir araya toplayaraq yeni əməkdaşlıqlar üçün faydalı imkanlar yaradan beynəlxalq və regional platforma kimi çıxış edir.

    Qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında Səudiyyə Ərəbistandan gələn ziyarətçilər ölkəmizə ən çox səfər edən xarici ölkə vətəndaşları arasında 6-cı yerdə qərarlaşıb. Hazırda Səudiyyə Ərəbistanının 3 şəhərindən ölkəmizə həftədə 13 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR