İtirilmiş qaz kartını bərpa etmək üçün ev yiyəsinin sənədi tələb edilmir. Bu barədə Azəriqaz İstehsalat Birliyinin "104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək
Azadmedia.az-ın suallarına cavab verərkən bildirib. O qeyd edib ki, əgər mənzilə məxsus qaz sayğacının kartı itərsə, evdə yaşayan şəxs şəxsiyyət vəsiqəsi ilə ASAN Kommuna yaxınlaşıb 10 manat rüsumunu ödəyib yeni kart ala bilər. Amma müqavilənin yenilənməsi üçün mütləq ev sahibi yaxud rəsmi etibarnaməsini daşıyan şəxs olmalıdır.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.