SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu həftə (31 may və 01-03 iyun tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin ikinci günü Tərtər rayonunda (Tərtər şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), 3-cü günü Ağdam rayonunda (Ağdam şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), 4-cü günü Ağcabədi rayonunda (Ağcabədi şəhəri, Muğam Mərkəzinin qarşısı) və 5-ci günü isə Yevlax rayonunda (Yevlax şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısı) saat 13:00-dan 15:00-dək baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.