Məlumat verdiyimiz kimi, mobil telefon cihazları bazarında antiinhisar qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməməsi məqsədilə aparılan araşdırmalar çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “ABC-TELECOM” MMC-yə (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılmışdır.
İşəbaxma zamanı MMC tərəfindən tələb olunan sənəd və məlumatlar işəbaxma komissiyasına təqdim edilib. “ABC-TELECOM” MMC-nin tələb olunan məlumatları tam həcmdə təqdim etməsi və bu cür halların təkrarlanmayacağına dair öhdəlik götürməsi nəzərə alınaraq işə xitam verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.