AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaxda Aşağı Malax-Qaçqaçay-Armudlu avtomobil yolları yenidən qurulur VİDEO/FOTO

  • + A
  • - A
  • 9-06-2022, 15:15

    Qaxda Aşağı Malax-Qaçqaçay-Armudlu avtomobil yolları yenidən qurulur VİDEO/FOTO

    Ölkə boyu müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı işlər hazırda Qax rayonunu da əhatə edir.

    Küçənin uzunluğu 860 metr, ortalama eni 10 metr təşkil edir.

    Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə yol əsasının bərpası və müəyyən ərazilərdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri görülüb.

    Bundan başqa layihəyə uyğun küçəyə 1200 p/metr səki daşının düzülməsi artıq yekunlaşıb. Hazırda küçə boyu köhnə səki daşlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.

    Təmir işləri zamanı mövcud piyada səkilərinin bərpası və zəruri yerlərdə yenilərinin inşası, 12 yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub.

    Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.

    Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub.

    Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3.5 km təşkil edən küçələr təmir edilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR