AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi dünyanın ən yaxşı 50 gəmisi sırasında yer alıb

  • + A
  • - A
  • 23-06-2022, 19:26

    Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi dünyanın ən yaxşı 50 gəmisi sırasında yer alıb

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) RoPax tipli “Azərbaycan” gəmi-bərəsi Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (RİNA) "Significant Ship 2021" reytinqinə əsasən dünyanın ən yaxşı 50 gəmisi siyahısına daxil edilib. Bu, Cəmiyyətin mütəmadi dərc etdiyi siyahıda əksini tapıb.

    Dünyanın ən qədim gəmiqayırma cəmiyyətinin seçiminə görə ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə Odessanın Dəniz Mühəndisləri Bürosunun hazırladığı layihə əsasında inşa olunan “Azərbaycan” gəmi-bərəsi təyinatı, ölçüsü və tipi baxımından dünyanın 50 ən yaxşı gəmilərindən hesab olunur.

    RİNA-nın şərtlərinə görə, ekspertlər ötən il istifadəyə verilən gəmiləri nəzərdən keçirərək rəylərini bildirir və buna əsasən də siyahını müəyyən edirlər.

    Ən yaxşıların seçimi zamanı dünya sularında üzən kruiz laynerlərin, bərələrin, supertankerlərin, konteyner və avtomobil daşıyan gəmilərin əsas texniki parametrləri əsas götürülür.

    “Azərbaycan” gəmi-bərəsi 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

    ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilən gəmi-bərə 1 mart 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR