"Ordumuzun hər zaman gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Möhkəm maddi-texniki baza güclü ordu üçün əsas şərtlərdən biridir və hər zaman Azərbaycanda prioritet olaraq qalmaqdadır".
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və milli təhlükəsizlik xərcləri daha 13.2 faiz artırılaraq 5 milyard 84 milyon manata çatdırılır:
"Bu, yeni dəyişikliklər ilə müdafiə xərclərinə 594 milyon manat əlavə edilməsi deməkdir. Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumi dövlət büdcəsi xərclərinin 60 faizi qədərdir. Bu ölkənin regional gücünü göstərən müqayisəli meyarlardan biridir. Savaşın başa çatmasına baxmayaraq, yerləşdiyimiz həssas region müdafiə qabiliyyətinin hər zaman daha da gücləndirilməsini tələb edir. Təbii ki, yalnız bütün region ölkələrinin bir-birilərinin ərazi bütövlüyünü tanıması bölgə üçün dayanıqlı sülh gətirə bilər. Bu sülhün qarantı da məhz güclü Azərbaycan Ordusu olacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.