İyun ayında abonentlərdən rekord məbləğdə debütor borc yığılıb. AZADMEDİA az xəbər verir ki, bu barədə məlumatı Azəriqaz İB-nin Baş direktoru Ruslan Əliyev facebook üzərindən canlı yayımda bildirib. Bu nəticəyə görə abonentlərə təşəkkür edən Baş direktor qeyd edib ki, iyun ayında 85 milyon manat debütor borc yığılıb, bu da faizlə götürdükdə 150 faiz edir.