AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dördzolaqlı yolun bir hissəsi satılıb?” - Rəsmi açıqlama

  • + A
  • - A
  • 7-07-2022, 07:05

    “Dördzolaqlı yolun bir hissəsi satılıb?”  - Rəsmi açıqlama

    Ötən gün bəzi xəbər saytlarında “Dördzolaqlı yolun bir hissəsi satılıb?” başlığı ilə məlumat verilib. Məlumatda qeyd olunur ki, Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1 zolağı qəbiristanlıq ərazisinə satılıb.

    AAYDA-dan Azadmedia.az-a bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Babək prospektinin sonundan Yeni Günəşli qəsəbəsinə gedən avtomobil yolunun sağ tərəfindəki qəbirsanlıqda və ona bitişik ərazidə baş verən torpaq sürüşməsi ilə bağlı istinad divarının tikintisi işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” İnstitutu tərəfindən hazırlanmış layihə-smeta sənədlərinə əsasən icra olunur.

    Məlumatda qeyd edilib ki,istinad divarı layihəyə uyğun olaraq, eni 14 metr təşkil edən yolun 4 hərəkət zolağı saxlanılmaqla inşa edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR