Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin iyul ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyulun 13-də saat 10:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Qoşqar Təhməzli və Gəncə Rayon İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Qeyd edək ki, vətəndaşların müraciətləri əsasən Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı olub. Müraciətlərin bir qismi yerində həll olunub, bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb.
Sonra Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb, AQTA sədri qurumun Gəncə regional bölməsinin fəaliyyətinə baxış keçirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.