AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İctimai iaşə müəssisələrinin əməkdaşları üçün təlimlər davam etdirilir

  • + A
  • - A
  • 13-07-2022, 16:54

    İctimai iaşə müəssisələrinin əməkdaşları üçün təlimlər davam etdirilir

    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir. Növbəti belə bir təlim “İctimai iaşə müəssisələrində ilkin şərtlər proqramları və minimum sanitar-gigiyenik normaların qorunmasına nəzarət” mövzusuna həsr olunub.

    Nəzəri və praktiki həyata keçirilən təlimdə iştirakçılara qida təhlükəsizliyi ilə bağlı əsas anlayışlar haqda geniş məlumat verilib. Həmçinin, iştirakçılar qida məhsullarının çirklənmələri, o cümlədən mikrobioloji, allergen, çarpaz, fiziki çirklənmələrlə bağlı məlumatlandırılıblar. Bunlarla yanaşı təlim “Zərərvericilər”, “Spill Kit dəstlərindən istifadə”, “Tibbi müayinələrin izlənilməsi qaydası”, “Kodeks Alimentarius addımları” kimi mövzuları da əhatə edib.

    Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR