“SOCAR “Azəriqaz” İstehsalat Birliyinin nəzdində 2021-ci ildən fəaliyyət göstərən Satılan qaza nəzarət qrupunun ən yaxşı tərəfi ondan ibarətdir ki, üzərilərinə düşən işi layiqincə yerinə yetirirlər və onlar barədə heç bir qayda pozuntusu aşkarlanmayıb. Siz bizim seçilmiş əməkdaşlarımızsınız. Ona görə də mən sizə təşəkkür edirəm”. Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Birlik əməkdaşları ilə keçirilən görüş zamanı deyib. Satılan qaza nəzarət qrupunun iş prinsipindən söz açan baş direktor bu cür müdaxilə hallarının qarşısının alınmasının böyük risk və məsuliyyət tələb etdiyini bildirib. Ruslan Əliyev hər əməkdaşın iş şəraiti, onları narahat edən məsələlərlə yaxından maraqlanıb. Birliyin digər rəhbər şəxsləri də Satılan qaza nəzarət qrupunda çalışan əməkdaşların ünvanına xoş sözlər səsləndiriblər. Daha sonra SOCAR “Azəriqaz” İstehsalat Birliyində faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Birliyin 20 əməkdaşı baş direktor tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Birlik əməkdaşları da onlara göstərilən diqqət və qayğıya görə baş direktora təşəkkür ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.