AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndə heyəti İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının (ICCIA) mötəbər tədbirlərində iştirak edir

  • + A
  • - A
  • 18-07-2022, 09:39

    Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndə heyəti İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının (ICCIA) mötəbər tədbirlərində iştirak edir

    17-18 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti cənab Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Oman Sultanlığının Maskat şəhərində keçirilən ICCIA Baş Assambleyasının 38-ci iclasında, Direktorlar Şurasının 33-cü iclasında və İcraiyyə Komitəsinin 1-ci iclasında iştirak etmişdir.

    ICCIA Direktorlar Şurası və İcraiyyə Komitəsinin iclaslarında çıxışı zamanı, ASK prezidenti M.Musayev ölkəmizin ICCIA Direktorlar Şurasının 34-cü iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirmişdir. Onun bu təklifi, ICCIA prezidenti Abdullah Saleh Kamel və Direktorlar Şurasının üzvləri tərəfindən müsbət qarşılanmışdır.

    M.Musayevin bu təşəbbüsü, ICCIA Direktorlar Şurasında aparılan səsvermə zamanı qəbul edilərək, iclasın protokoluna daxil edilmişdir.

    Eyni zamanda, Məmməd Musayev cari ilin oktyabr ayında ICCIA-ın Bakı şəhərində birgə təşkil olunacaq “Dayanıqlı Kənd Təsərrüfatı Forumu”na hazırlığın yüksək səviyyədə getdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

    İclas zamanı, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan Respublikalarının Ticarət və Sənaye Palatalarının və Tailand Krallığının Müsəlman Ticarət Assosiasiyasının ICCIA-da müşahidəçi statusunda üzvlüklərinə baxılması, ICCIA Maliyyə Komitəsinin 64 və 65-ci hesabatlarının təsdiq olunması, ICCIA-ın Türkiyədə regional ofisinin açılması və digər gündəlikdə duran məsələlər müzakirə olunmuşdur.

    Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanı ICCIA kimi mötəbər beynəlxalq təşkilatda təmsil edən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ICCIA-ın Direktorlar Şurası və İcraiyyə Komitəsinin üzvüdür


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR