Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyul ayının 22-də Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Cəlilabad rayonu “46 №-li Yol İstismarı” MMC, Biləsuvar rayonu “45 №-li Yol İstismarı” MMC, Cəbrayıl rayonu “13 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC -lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.