AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AAYDA 6 aylıq hesabat verdi

  • + A
  • - A
  • 18-07-2022, 15:42

    AAYDA 6 aylıq hesabat verdi

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
    2022-ci ilin 6 ayı ərzində idarəetmənin təkmilləşdirilməsi istiqamətində aparılmış islahatlar
    MƏLUMAT


    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2022-ci ilin iş planına əsasən ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

    2022-ci ilin ötən 6 ayı ərzində Agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətdə görülən işlərə aşagıdakıldır:

    Agentlik əməkdaşlarının Attestasiyası
    Agentlikdə işçilərin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşəkarlıq səviyyəsinin yoxlanılması və ixtisasına müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Agentliyin İdarə Heyəti sədrinin 16 dekabr 2021-ci il tarixli 60 nömrəli əmri ilə attestasiya keçirilib.
    Attestasiyada Agentliyin Aparatından 141 nəfər, tabeli qurumların nomenklatur işçilərindən 183 nəfər olmaqla yekunda 324 nəfər iştirak edib.
    Nəticədə mövcud mütəxəssis maaşı baza götürülməklə 19 nəfər kiçik mütəxəssis, 50 nəfər mütəxəssis, 36 nəfər böyük mütəxəssis və 18 nəfər baş mütəxəssis olmaqla vəzifə bölgüsü həyata keçirilməklə müvafiq vəzifələrə uyğun əmək haqqı artırılıb.
    Bundan başqa, Agentliyin tabeli qurumlarında 2943 nəfər əməkdaş attestasiyada iştirak edib.

    Daxili İntizam və Əməkdaşların Etik Davranış Qaydaları
    Agentlik ilə əməkdaşların əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin edilməsi məqsədilə Agentliyin İdarə Heyətinin 15 fevral 2022-ci ildə 06 nömrəli qərarı ilə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Daxili İntizam və Əməkdaşların Etik Davranış Qaydaları” təsdiq edilib.

    Vətəndaşların qəbulu
    Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 29 mart 2022-ci il tarixində Gəncə şəhərində (Gəncə, Samux və Kəlbəcər), 15 aprel 2022-ci ildə Füzuli rayonunda (Füzuli, Beyləqan və Xocavənd), 31 may 2022-ci ildə Zaqatala rayonunda (Zaqatala, Balakən), 17 iyun 2022-ci ildə tarixində isə Naftalan şəhərində (Naftalan, Goranboy və Xocalı) vətəndaş qəbulu keçirilib. .
    Qeyd edilən vətəndaş qəbulları zamanı Gəncə şəhərində 17 nəfər, Füzuli rayonunda 21 nəfər, Zaqatala rayonunda 16 nəfər, Naftalan şəfərində 23 nəfər olmaqla yekunda 77 nəfər vətəndaşın müraciəti dinlənilmiş və həlli yolunda İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıqlar verilib.
    Əlavə olaraq Agentliyə 83 nəfər vətəndaş müraciət etmiş, Agentliyin inzibati binasında rəhbərlik tərəfindən qəbul edilib, müvafiq strukturlar tərəfindən araşdırılmış və aidiyyatı üzrə tapşırıqlar verilib.

    Agentlikdə “İşə qəbul qaydaları”
    Agentlikdə işə qəbulun müsahibə formasında, şaffaflıq, bərabərlik və qərəzsizlik prinsipləri əsasında həyata keçirilməsi sahəsində nəzarət mexanizminin tətbiqinin genişləndirilməsi ilə bağlı Agentliyin İdarə Heyətinin 25 aprel 2022-ci il tarixli 13 nömrəli qərarına əsasən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İşə Qəbul Qaydaları” təstiq edilib. Həmin qərara əsasən “İşə qəbul üzrə Müsahibə Komissiyası” yaradılıb və bu günə qədər işə qəbulla bağlı müraciət edənlərdən 5 nəfər müsahibədən müvəffəqiyyətlə keçərək işə qəbul olunub.

    Rəqəmsal idarəçiliyin inkişafı
    Rəqəmsal idarəçiliyin inkişafı istiqamətində Agentlikdə 25 may 2022-ci il tarixində daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, o cümlədən effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb.
    26 aprel 2022-ci il tarixli, 23 nömrəli əmr ilə Agentlikdə informasiya ehtiyatlarının qorunması, sistemə kənar müdaxilələrin qarşısının alınması, eləcə də informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə edilməsi, bu sahədə təhdidlərin zərərsizləşdirilməsinin həyata keçirilməsi və proqram təminatının təkmilləşdirilməsi ilə bağlı Agentliyin Avtomobil Yolları İnformasiya Sisteminin (AYİS) Təhlükəsizlik Komissiyası yaradılıb.
    Yaxın gələcəkdə Agentliyin tabeliyində olan MMC-lərin Avtomobil Yolları İnformasiya Sisteminə inteqrasiyası nəzərdə tutulub.
    Agentliyin Aparatının Sənədlərlə iş şöbəsindəki kargüzarlıq işləri artıq tam elektronlaşdırılmış şəkildə həyata keçirilir.
    Cari ilin 6 ayı ərzində Avtomobil Yoları İnformasiya Sisteminə 11555 sənəd yerləşdirilib. Bunlardan 4921-i Xaric olan sənəd, 920-i Əmr, Sərəncam, Qərar, 518-i Daxili yazışma və 5196-ı Daxil olan sənəd tipinə aiddir.
    Hesabat dövründə dövlət və qeyri-dövlət müəssisələri, fiziki şəxslər tərəfindən daxil olan icra sənədləri heç bir gecikmə halı baş vermədən tam və vaxtında icra olunub.

    Çağrı mərkəzinin yaradılması
    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Çağrı mərkəzi”nin təsis edilməsi, iş fəaliyyəti sisteminin qurulması və müasir avadanlıqlarla təchiz edilməsinə dair Agentliyin İdarə Heyətinin sədri tərəfindən tapşırıq verilib və “Çağrı mərkəzi”nin tezliklə tam fəaliyyətə başlaması üçün işlər davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR