AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu yolda yeni piyada keçidi tikilir

  • + A
  • - A
  • 1-08-2022, 14:11

    Bu yolda yeni piyada keçidi tikilir


    Bakının Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində yeni piyada keçidi tikilir.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 65.4 metr, daxili eni 4.5 metr, aşırım hissəsinin uzunluğu 50.6 metrdir.

    Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq.

    Hazırda keçiddə özül svaylarının vurulması, özül və dayaqların tikintisi aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.

    İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.

    Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR