SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gədəbəy rayonunda Şəmkir Regional qaz istismarı İdarəsinin bir qrup əməkdaşı ilə görüşüb. İşçilərin problemlərini dinləyib, qayğıları ilə maraqlanan baş direktor onların əmək şəraitinin yaxşılaşdırılması üçün Şəmkir RQİİ rəhbərliyinə göstəriş verib. Görüşdə Birlik rəhbəri nümunəvi əmək fəaliyyətlərinə və işlərində fərqləndiklərinə görə 26 əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif edib. Ruslan Əliyev nümunəvi işçilərin hər zaman rəhbərliyin diqqətində olduğunu və gələcəkdə də onların əməyinin qiymətləndiriləcəyini bildirib. Sonda baş direktor kollektivlə birlikdə xatirə şəkli çəkdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.